Avropa Liqasının II təsnifat mərhələsində "İnter"ə penaltilər seriyasında qalib gələn "Elfsborq"un məşqçisi Yan Mian oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, isveçli məşqçi penaltilərdə bəxtlərinin gətirdiyini deyib:
"Belə güclü komanda yaratdığı üçün rəqib baş məşqçini təbrik edirəm. "İnter" yaxşı oyun sərgilədi. Sadəcə penaltilərdə bizim bəxtimiz gətirdi. Rəqibin azlıqda qalması bizim də planlarımıza daxil deyildi. Ona görə oyun ərzində müəyyən dəyişikliklər etdik. Qələbə bizim üçün vacib idi. İsveçi layiqincə təmsil edirik. Deyə bilmərəm, rəqib 11 nəfərlə oynasaydı, nəticə necə olardı".
Fanat.az