"Böyük oyun"ların vaxtı açıqlandı

"Böyük oyun"ların vaxtı açıqlandı

Topaz Premyer Liqasının 2014/15 mövsümündə baş tutacaq "Böyük oyun"ların vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, "Neftçi" və "Xəzər Lənkəran"ın arasındakı birinci qarşılaşma 5-ci turda - sentyabrın 13-də baş tutacaq. Bu görüş Bakıda keçiriləcək.

Komandalar ikinci dövrənin oyununu noyabrın 24-də Lənkəranda keçirəcək. 2015-ci ilin ilk "Böyük oyun"una fevralın 11-də Bakıda çıxacaq. Premyer Liqanın son "Böyük oyun"u aprelin 9-da Lənkəranda baş tutacaq.

V tur

13 sentyabr

Neftçi - Xəzər Lənkəran

XIII tur

24 noyabr

Xəzər Lənkəran - Neftçi

XXI tur

11 fevral

Neftçi - Xəzər Lənkəran

XXIX tur

9 aprel 

Xəzər Lənkəran - Neftçi

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər