“Qənimət” artdı, mövqe dəyişmədi

“Qənimət” artdı, mövqe dəyişmədi

Çempionlar Liqasının III təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA-nın əmsallar cədvəlindəki mövqeyini dəyişməz saxlayıb. Fanat.az xəbər verir ki, ölkəmiz bu siyahıda yenə 54 ölkə arasında 30-cu pillədədi.

ÇL-də mübarizə aparan ölkə çempionu "Qarabağ"ın evdə Avstriya "Zalsburq"una qalib gəlməsi (2:1) Azərbaycanın əmsal ehtiyatını zənginləşdirib. Ağdamlılar bu zəfərlə ölkəmizin adınınm önünə əlavə 0,250 əmsal yazdırıb. Azərbaycanın hesabında 10,625 əmsal var ki, onun da 1.750-si cari mövsümdə qazanılıb. Avroliqada mübarizəni dayandıran “İnter”lə “Qarabağ” hərəyə 0.750 əmsal gətiribsə, qalan 0.250 xalı "Neftçi"nin sayəsində əldə olunub.

Qeyd edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0,250 əmsal qazandırır. Heç-heçə isə 0,125-lə dəyərləndirilir. Qrup mərhələsində bərabərlik 0,250, qələbə 0,500 xalla qiymətləndirilir.

...28

Sloveniya

11.375

29

Macarıstan

10.875

30

Azərbaycan

10.625

31

Slovakiya

10.375

32

Qazaxıstan

9.750...

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər