Qazansaq da,30-da qaldıq

Qazansaq da,30-da qaldıq

Avropa Liqasının ikinci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA-nın əmsallar cədvəlindəki mövqeyinə təsir etməyib. Fanat.az xəbər verir ki, ölkəmiz bu siyahıda yenə əvvəlki yerində qalıb.

Bildiyiniz kimi, dünən ölkəmizin avrokuboklardakı təmsilçilərindən ikisi növbəti oyununu keçirdi. Avroliqada mübarizə aparan ölkə kubokunun qalibi "Neftçi" doğma meydanda uduzduğu Sloveniya "Koper"ini səfərdə 2:0 hesabıyla üstələyərək mərhələ adladısa, "İnter" uğurlu çıxışının ardını gətirməyi bacarmadı. Rəqib meydanında İsveç "Elfsborq"unu 1:0 hesabıyla üstələyən təmsilçimiz “Şəfa”da üzücü nəticə ilə üzləşdi - 0:1. Oyunsonrası penaltilərdə isə bəxt rəqibin tərəfində oldu (3:4).

"Neftçi"nin qələbəsi ölkəmizin əmsal ehtiyatını zənginləşdirdi. Paytaxt klubu Azərbaycanın adının önünə daha 0,250 yazdırdı.

 

Hazırda UEFA-nın əmsallar cədvəlində 54 ölkə arasında 30-cu pillədəyik. Azərbaycanın hesabında 10,375  əmsal var ki, onun da 1,500-ü cari mövsümdə qazanılıb. Bunun 0,750-si "İnter"in, 0,500-ü  "Qarabağ"ın, 0,250 əmsalı isə "Neftçi"nin gətirdiyi “qənimət”di.

Qeyd edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0,250 əmsal qazandırır. Heç-heçə isə  0,125-lə qiymətləndirilir. Qrup mərhələsində bərabərlik 0,250, qələbə 0,500 əmsalla dəyərləndirilir.

...28.

Sloveniya

 

 

 

 

 

11,125

29.

Macarıstan

 

 

 

 

 

10,625

30.

Azərbaycan

 

 

 

 

 

10,375

31.

Slovakiya

 

 

 

 

 

10,125

32.

Qazaxıstan

 

 

 

 

 

9,625...

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər