Prezident sevincindən küçəyə qaçdı

Prezident sevincindən küçəyə qaçdı
Dünya çempionatının 1/8 final mərhələsində Kosta Rikanın Yunanıstana qalib gəlməsi bu ölkədə böyük coşquya səbəb olub. Fanat.az xəbər verir ki, xalq küçələrə axışaraq qələbəni qeyd edib. 
Kosta Rika prezidenti Luis Qilermo da emosiyalarına hakim ola bilməyib. Qarşılaşmanı ailəsi ilə birlikdə evində izləyən prezident, oyundan dərhal sonra ölkənin bayrağını götürərək küçəyə qaçıb. Sadə insanlarla qələbəni bayram edən prezident “Facebook” səhifəsində fikirlərini də bölüşüb: “Biz bunu bacardıq. Bizim futbolçular sadəcə möhtəşəmdi. İrəli! Mən inanıram, siz hər şey etməyə qadirsiz”.
Qeyd edək ki, 1/4 finalda Kosta Rika Hollandiya ilə qarşılaşacaq. Oyun iyulun 5-də keçiriləcək.   
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər