Orxanın yeni klubu müəyyənləşdi

Orxanın yeni klubu müəyyənləşdi
AZAL heyəti gücləndirməyə davam edir. Fanat.az xəbər verir ki, Bakı klubu Orxan Lalayevi heyətinə qatıb.
22 yaşlı yarımmüdafiəçi "Rəvan"dan icarəyə götürülüb. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Orxan son iki mövsümdə "Rəvan"ın əsas heyətində 36 oyun keçirib və 2 qol vurub.
Lalayev AZAL-ın heyətinə qatdığı 6-cı futbolçu olub. "Təyyarəçilər" bundan əvvəd "İnter"dən Asif Mirilini, Moldovanın "Dinamo-Auto" klubundan Stanislav Namaşkonu transfer edib. "Qarabağ"dan Eltun Yaqubovla Təmkin Xəlilzadəni, "Rəvan"dan isə Novruz Məmmədov icarəyə götürüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər