Mourinyo Droqbanı qaytarmaq istəyir

Mourinyo Droqbanı qaytarmaq istəyir

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Didye Droqbanın komandasına qayıtmaq haqda yayılan xəbərləri şərh edib. Fanat.az "The Telegraph"a istinadən xəbər verir ki, Don Joze təcrübəli hücumçunun qayıtmasını istəyir.

Portuqaliyalı mütəxəssis Droqbanı Avropanın ən yaxşı hücumçularından hesab etdiyini bildirib: "O, İngiltərə futboluna bələddir. Məhz bu məntiqə söykənərək, Didyeni qaytarmaq haqda düşünürük. Ancaq sövdələşmə baş tutsa, bu, heç də onun "Çelsi"nin tarixində ən vacib qolu vurması ilə bağlı olmayacaq. Köməkçi məşqçiyə ehtiyac duyduğumu yazanlar da yanılırlar. Droqbanı qaytarsam, bu, onun sırf futbolçu keyfiyyətlərinə görə baş tutacaq. Didyenin komandamızı gücləndirəcəyinə zərrə qədər şübhə etmirəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər