Ali Gökdemir karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, millimizin müdafiəçisini "Simurq" heyətinə qatmaq istəyir.
"Hannover 96" əsas heyətdə görmədiyi futbolçunu yenidən icarəyə vermək istəyir. Hazırda "Simurq" Almaniya klubu ilə danışıqları davam etdirir.
Qeyd edək ki, "Hannover 96" Gökdemiri qışda Türkiyənin "Elazığspor" klubuna icarəyə vermişdi. Futbolçumuz Türkiyə Kubokunun 2 oyununda 182, Super Liqanın 1 matçında 10 dəqiqə oynayıb. Daha sornra zədə alan 22 yaşlı müdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qalıb. Ali "Hannover 96"nın U-23 komandasında 64 oyun keçirib və 5 qola imza atıb. Futbolçu A millimizdə 10, U-21-də 3 oyun keçirib.
Fanat.az