"Çətin oyun olacaq. Hamı "Zalsburq"un necə komanda olduğunu görür. Onların nəticələri də çox şeydən xəbər verir. Amma bizim də böyük təcrübəmiz var. Komandamız bir neçə dəfə "ulduzlar"a qarşı oynayıb". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib.
Millimizin üzvü oynamağa hazır olduğunu bildirib: "Yaxşı futbol sərgiləmək istəyirik. Özümə gəlincə, bir həftə olar ki, komanda ilə birgə məşq edirəm. Özümü hazır hiss edirəm. Əgər baş məşqçi şans versə, oynamağa hazıram".
Fanat.az