Dünya çempionatında rəqibini dişləyən Luis Suares FIFA tərəfindən 4 ay cəza alıb. Uruqvaylı futbolçu bu müddətdə FIFA üzvü olan heç bir ölkədə futbol oynaya bilməyəcək.
Fanat.az xəbər verir ki, Kosovanın "Hajvalia" klubu bu vəziyyətdən istifadə edərək Suaresə təklif göndərib. Bu barədə klubun direktoru Havit Pokoll açıqlama verib: "Suares cəza səbəbindən 4 ay futbol oynaya bilməyəcək. Biz, yəni Kosova hələlik FIFA-nın üzvü deyil. O, 4 ay futboldan uzaq qalmaq istəmirsə bizim komandada oynaya bilər. Bununla bağlı təklifimizi yaxın günlərdə "Liverpul"a göndərəcəyik. Suaresə ilkin olaraq 30 min avro və aylıq 500 avro maaş təklif edəcəyik. Onun üçün komik bir rəqəmdi. Amma ən azından 4 ay futboldan uzaq qalmayacaq. Təklifimizi qəbul edərsə, bu Kosova futbolu üçün böyük addım olacaq. Suaresi 4 ay qonaq etmək çox xoşumuza gələcək".
Fanat.az