İbrahimoviçi məyus etdi, AZAL-a gəldi

İbrahimoviçi məyus etdi, AZAL-a gəldi
AZAL növbəti transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, Bakı klubu Moldova yığmasının da əsas qapıçısı olan Stanislav Namaşko ilə anlaşıb. 27 yaşlı qolkiper 2 illik müqaviləyə qol çəkib.
Tiraspolda doğulan Namaşkonun ölkəsindəki karyerası məhz bu şəhərin təmsilçiləri ilə bağlıdı. Stanislavın şərəfini qoruduğu "Tiraspol", "Şerif" və 2014-cü ilin fevralından mövsümün sonuna qədər çıxış etdiyi "Dinamo-Avto" klubları məhz Tiraspolu təmsil edir. Namaşko Rusiyada legioner həyatı da yaşayıb. O, "Kuban", Nalçik "Spartak"ı və Həştərxan "Volqar"ında oynayıb.
Kifayət qədər təcrübəyə sahib qolkiper Moldovanın U-19 və U-21 yığmalarında çıxış etdikdən sonra 2007-ci ildən əsas millinin şərəfini qoruyur. O, Moldovanın A millisində 40 oyuna çıxıb. Namaşko həm də 2011-ci ilin martında İsveç yığmasının superulduzu Zlatan İbrahimoviçin penalti zərbəsini dəf etməklə daha da məşhurluq qazanıb.
Qeyd edək ki, AZAL bundan əvvəl "İnter"dən Asif Mirilini transfer edib, "Qarabağ"dan Eltun Yaqubovla Təmkin Xəlilzadəni, "Rəvan"dan isə Novruz Məmmədovu icarəyə götürüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər