Hafiz Məmmədov üçün - "QARANLIQ TUNELDƏ İŞIQ"

Hafiz Məmmədov üçün - "QARANLIQ TUNELDƏ İŞIQ"

Fransanın "Lans" klubunun sahibi Hafiz Məmmədov üçün "qaranlıq tunel"də işıq göründü. Fanat.az "eurosport.fr"ə istinadən xəbər verir ki, Fransanın Milli Olimpiya və İdman Komitəsi (CNOSF) "Lans"ın Fransanın I Liqasında iştirakına dair məsələyə baxıb və müsbət rəy bildirib.

Qərara əsasən CNOSF Fransa Futbol Federasiyasına Məmmədovun klubunu Elitaya buraxmağı tövsiyə edib. Komitənin qərarı məsləhət xarakteri daşısa da, adətən yekunda həlledici rol oynayır. 

İndi növbə Fransa Fitbol Federasiyasının İcraiyyə Komitəsinindir. Bazar ertəsi və ya çərşənbə axşamı toplaşacaq İK üzvləri "Lans"ın Liqa 1-ə qayıtması ilə bağlı son qərarlarını açıqlayacaqlar.

Qeyd edək ki, ötən mövsümün yekunlarına görə Hafiz Məmmədovun klubu Liqa 1-ə vəsiqə qazanıb. Lakin komandanın növbəti mövsüm üçün göstərdiyi büdcədə 10 milyon avro kəsir qalıb. Bunu əsas götürən İdarəetməyə Nəzarət üzrə Milli Direktorat (DNCG)  "Lans"ın Elitada çıxış etməsinə qadağa qoyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər