Hacıyevin mətbuat konfransına gələn olmadı - FOTO

Hacıyevin mətbuat konfransına gələn olmadı - FOTO
Jurnalistlər “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin Sloveniyada keçirdiyi mətbuat konfransına maraq göstərməyib. Fanat.az xəbər verir ki, bu barədə “Koper” klubunun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda qeyd olunur ki, matça akkreditasiya almaq üçün kluba 40 KİV nümayəndəsi müraciət etsə də, oyunöncəsi mətbuat konfransında çox az jurnalist iştirak edib. Belə ki, rəqib baş məşqçi Rodolfo Vanolinin mətbuat konfransında 4 nəfər jurnalist iştirak etsə də, Hacıyevin çıxışına ancaq Bakı klubunun rəsmi saytının bir əməkdaşı qulaq asıb. 
 
Qeyd edək ki, bu gün “Neftçi” Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Sloveniya klubu “Koper”lə qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər