Gürcülər türk jurnalistləri döydü - FOTOLAR-VİDEO

Gürcülər türk jurnalistləri döydü - FOTOLAR-VİDEO

Avropa Liqasının II təsnifat mərhələsində "Çixura" - "Bursaspor" matçından sonra qalmaqal baş verib. Fanat.az xəbər verir ki, oyun bitdikdən sonra keçirilən mətbuat konfransında "Çixura"nın baş məşqçisi Soso Pruizde və qapıçı Kvilitainin açıqlamaları türkcəyə tərcümə olunmayıb. 

Bundan sonra gürcü və türkiyəli jurnalistlər arasında mübahisə yaşanıb. Bu zaman gürcüstanlı azarkeşlər və jurnalistlər türkiyəli mətbuat nümayəndələrini döyüb. Davada Türkiyənin bir neçə jurnalisti yaralanıb. 

Yalnız mühafizəçilərin müdaxiləsindən sonra gürcü azarkeşlər və jurnalistlər hadisə yerindən uzaqlaşdırlıb. Türkiyəli jurnalistlər isə ifadələri alındıqdan sonra stadionu tərk ediblər. Baş verən hadisələrə görə "Bursaspor" Gürcüstanı üç saat gec ayrılıb. 

Qeyd edək ki, penaltilər seriyasında qalib gələn "Çixura"  Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər