Gürcülər iki rayonumuzu "işğal etdi" - QALMAQAL

Gürcülər iki rayonumuzu "işğal etdi" - QALMAQAL
"Neftçi" - "Çixura" oyununda azarkeşlər Azərbaycanın ərazi bütövlüyünü təhqir alıb. Fanat.az xəbər verir ki, gürcü fanatlar Zaqatala və Qaxın Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. 
Bu səbəbdən iki klubun azarkeşləri arasında dava düşüb. Nəticədə bir neçə gürcü fanat həbs olunub. Hətta Gürcüstandan gələn azarkeşlərdən üçü erməni olub. Onlar ölkəmizə Gürcüstan pasportu ilə daxil olub.
Bu arada “Çixura”nın baş məşqçisi Samson Priudze Azərbaycanın iki rayonunu Gürcüstan ərazisi kimi göstərən xəritəyə görə üzr istəyib: "Üzr istəyirəm. Biz bu hərəkəti pisləyirik. Bizə qarşı burda qonaqpərvərlik göstərən azərbaycanlılar yaxşı qonşumuzdu Üzrümüzü qəbul edin".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər