Georgi Nikolovdan Tsxadadzenin istefasına MÜNASİBƏT

Georgi Nikolovdan Tsxadadzenin istefasına MÜNASİBƏT

"İnter"in prezidenti Georgi Nikolov Kaxaber Tsxadadzenin istefasını qəbul etməyib. Bu barədə Fanat.az-a bolqar iş adamı özü məlumat verib.

Nikolov klubun Direktorlar Şurasının ona bu hüququ verdiyini bildirib: "Xeyr, Kaxanı buraxmaq fikrimiz yoxdu. Hesab edirəm ki, qafqazlıları siz məndən yaxşı tanıyırsınız. Emosiyalar həmişə qaynayır. Belə vəziyyətdə hansısa qərar vermək olmaz. Cahangir Hacıyevlə də Tsxadadze ilə bağlı söhbətim olub. O da öz növbəsində məşqçiyə dəstək vermək üçün söhbət edəcəyini bildirib".

Klub prezidenti Tsxadadzenin dünənki mətbuat konfransında rəhbərliyin də ünvanına "daş atması"na münasibət bildirib: "Düşünrəm ki, o, hücumçu tapa bilməməyimizi nəzərdə tutub. Əlliyə yaxın futbolçunu baxışdan keçirmişdik. Yalnız birini bəyəndi. O da bizə "atdı". Axı son sözü məşqçi deyir və heç kimi bəyənməyibsə Nikolov buna nə edə bilər? Ancaq deyirsə ki, rəhbərlik günahkardı, eybi yox, "Elfsborq" səddini aşa bilmədiyimizə görə bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram".

Buna baxmayaraq, Nikolov sonda mübət enerjili insan olduğunu da büruzə verib: "Həyat davam edir. Məgər Avropa Liqasının III təsnifat mərhələsinə çıxa bilmədiksə, bununla iş bitdi? Xeyr, Premyer Liqaya hazırlaşıb, layiqli oyun nümayiş etdirməliyik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər