Rusiya millisinin baş məşqçisi Fabio Kapello postundan getməyəcəyini bəyan edib. Fanat.az xəbər verir ki, italyan mütəxəssis dünya çempionatına yüksəldiklərini xüsusi vurğulayaraq, ruslara tarixə boylanmağı da tövsiyə edib.
68 yaşlı mütəxəssis Rusiya çempionatının səviyyəsini qabartmağı da lazım bilib: "12 illik fasilədən sonra Rusiya yığması dünya çempionatında oynamaq hüququ əldə edib. Mundiala yaxşı hazırlaşmışdıq. Bir çox həmkarımla söhbətim olub. Hamısına da demişəm ki, bu dünya çempionatı daha yüksək sürət və aqressivliklə seçildi. Rusiyalı həmkarlarıma bildirdim ki, bizim futbolçular bu sürətdə oynamağa alışmayıblar. Məhz bu amil bizə problemlər yaratdı".
Sonda Kapello istefa verə biləcəyini də istisna etməyib: "Öz işimi məmnuniyyətlə görürəm. Ancaq mənə etimad göstəriləndə. Etibar etmirlərsə istefa qaçılmazdı. Mən ciddi insanam. İşimə və insanlara hörmətlə yanaşıram. Bunu mənə atam öyrədib".
Fanat.az