"Premyer Liqa I diviziondan çox fərqli olduğu üçün daim dəyişik heyətdən yararlanmaq lazımdı. Çempionatda çıxış edən komandaların oyun tərzi bir-birinə bənzəməyəcək. Odu ki, keçirdiyimiz yoldaşlıq oyunlarında futbolçuları 5-6 taktiki sxemi yoxladım. Eyni zamanda heyətləri dəyişik olaraq meydana buraxdım". Fanat.az xəbər verir ki, bu sözləri
Topaz Premyer Liqasında debüt edəcək Muxtar Respublika təmsilçisi "Samsunspor" (1:2) və "Tarsus İdman Yurdu" (2:3) ilə yoxlama oyunu keçirib. Hər iki görüşdə Əsgər Abdullayev meydana fərqli heyət və fərqli taktika ilə çıxıb. Baş məşqçi bildirib ki, yoldpşlıq oyunlarında nəticə önəmli deyil: "Bu yoxlama görüşləridi: qalib gəlmək və ya məğlub olmaq heç nəyi dəyişmir. Əslində, məğlub olmaq komandanı ayıldı, hansı mövqelərin zəif olduğu sezilir və bunlar üzərində çalışılır. Çempionatın başlamasına iki həftə var və bu müddət ərzində boşluqları doldurub oyunlara tam olaraq hazır çıxacağıq".
Fanat.az