AZAL heyəti gücləndirməkdə davam edir. Fanat.az xəbər verir ki, Bakı klubu növbəti transferini gerçəkləşdirib. Məşqçilər korpusunun rəğbətini qazanan braziliyalı Eduardo ilə rəsmi müqavilə imzalanıb. Tam adı Eduardo da Konseysao Masiel olan hücumçu ilə 2 illik saziş imzalanıb.
Eduardo 1986-cı ildə Braziliyada - Nova İquasuda doğulub. Hazırda Polşa vətəndaşı olan 27 yaşlı forvard Braziliyanın “Korintians” klubunun yetirməsisidi. O, doğma vətənində bu klubdan başqa, “Botafoqo”da çıxış edib. Üstəlik, o Yaponiyada “Naqoya Qrampus Eyt”, Almaniyada “Rot Vayss Alen" və “Proyssen TV Verl”, Polşanın “Stomil” klublarının formasını geyib. Sambaçının son klubu isə Liviyanın "Əl-Əhli Aley" komandası olub.
Fanat.az