Böyükağa Hacıyevdən fəlsəfi münasibət

Böyükağa Hacıyevdən fəlsəfi münasibət

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Sloveniyada "Koper"lə baş tutan Avropa Liqasının II təsnifat mərhələsinin təkrar qarşılaşmasından sonra keçirilən mətbuat konfransında qələbəyə əvvəlcədən əmin olduğunu bildirib. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis meydan sahiblərinin azlıqda qalmasına fəlsəfi münasibət bildirib:

“Rəqibin 30 nömrəli furbolçusu (Jaka Stromayer - red.) səviyyəsindən aşağı oynayaraq qırmızı vərəqə aldı. Əslində “Koper” azlıqda qaldıqdan sonra işimiz lap çətinləşdi. Amma qolumuzu vurub növbəti mərhələyə çıxdıq. Bütün komandaya minnətdaram. Əsl əzmkarlıq göstərdilər”.

Qeyd edək ki, Bakıda "Koper"ə 1:2 hesabı ilə mğlub olan "Neftçi" Sloveniyada 2:0-lıq qələbə qazanaraq, Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər