Böyükağa Hacıyev: "Azarkeşlərimiz əmin olsunlar..."

Böyükağa Hacıyev: "Azarkeşlərimiz əmin olsunlar..."
"İlk görüşdə maraqlı oyunun şahidi olduq. “Koper” iki real qol imkanı əldə etdi və bunlardan da yararlandı. Bu onu göstərir ki, rəqib əks-hücuma çıxmağı yaxşı bacarır və əlinə düşən imkanlardan da layiqincə istifadə edir. Biz də əl-qolumuzu yanımıza salmamışıq, bura elə-belə gəlməmişik". Fanat.az xəbər verir ki, bu sözləri Sloveniyada baş tutan mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün “Koper”lə qarşılaşacaq "ağ-qaralar"ın baş məşqçisi mərhələ keçmək şanslarının olduğunu bildirib: "Təbii ki, çox çətin oyun olacaq, bunu anlayırıq. Çünki “Koper” təsəvvür etdiyimizdən də güclü komandadı. Rəqib keçmiş Yuqoslaviya məktəbinə xas futbol nümayiş etdirir. Deyərdim ki, növbəti mərhələdə istər “Bursaspor”, istər “Çixura”nı adlamağa qadirdi. Amma mərhələ keçmək şansımız hələ də qalır. Bu şansdan sonadək yararlanmaq istəyirik. Azarkeşlərimiz əmin olsunlar, bizə inansınlar, əlimizdən gələnin ən yaxşısını edib, sonadək döyüşəcəyik və mərhələ adlamağa çalışacağıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər