"Qarabağ"ın bütün futbolçularını milliyə çağırmaq imkanım olsaydı, Reynaldo və Riçard Almeyda şübhəsiz əsas heyətin üzvü olardı". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Alman mütəxəssis bildirib ki, bu halda komandamızın AVRO-2016-nın seçmə mərhələsində 3-cü yeri tutmasına zəmanət verə bilər: "Əgər onlar sərəncamımda olsaydı, tam məsuliyyəti ilə artıq bu gün deyərdim ki, Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsində üçüncü yeri tutacaq. Amma yenə qeyd edirəm ki, onların pasport məsələsində "yanlışlıq" var (gülür)".
Fanat.az