Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda İsveç “Elfsborq”uyla üzləşəcək “İnter”in forvardı Baçana Tsxadadze Azərbaycan klublarının formasında avrokuboklarda ən çox qol vuran oyunçuya çevrilə bilər. Fanat.az-ın hesablamalarına görə, gürcü forvard qonaqların qapısına 1 dəfə yol tapsa, Rəşad Sadiqova çatacaq, dubl etsə liderliyi ələ keçirəcək.
Hazırda “Xəzər Lənkəran”da olan Sadiqov qitəmiqyaslı yarışlarda 7 dəfə sözünü deyibsə, Kaxaber Tsxadadzenin oğlu 6 top vurub. Baçanayla eyni sayda qola imza atan “Qarabağ”lı Reynaldonu hərəyə 5 topla Əfran İsmayılovla millinin kapitanı Rəşad Sadıqov izləyir. Badri Kvaratsxeliya, Branimir Subaşiç, Feliks Felipe Almeyda, Julius Vobay və Vüqar Nadirov isə 4 dəfə səhnəyə çıxmağı bacaran oyunçulardı.
Fanat.az