Yeni mövsümə hazırlıqlarını Türkiyənin Bolu şəhərində davam etdirən AZAL dünən iki məşqə çıxıb. Fanat.az xəbər verir ki, səhər hazırlığı əsasən fiziki, axşam məşqi isə taktiki-texniki yöndə olub.
Qeyd edək ki, AZAL axşam hazırlığı ilə qardaş ölkədəki son məşqini keçirib. Belə ki, bu gün “Kolxeti 1913” ilə yoxlama oyununda qüvvəsini sınayacaq “təyyarəçilər” iyulun 28-də vətənə yola düşəcək. Bazar ertəsi səhər saatlarında Bolunu tərk edəcək AZAL axşam Bakıda olacaq.
Fanat.az