"Ötürmələrdə səhvlər edirdilər, qapıçı bir-iki dəfə kobud səhvə yol verdi. “Zalsburq” daha yığcam və mükəmməl oynayırdı, həmişə hücumda idilər. Sadəcə, bəxtimiz gətirdi, inşallah cavab oyununda da belə olar". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ" - "Zalsburq" oyunu ilə bağlı danışan millət vəkili Aqil Abbas deyib.
Deputat Ağdam klubunun futbolçusu Admir Telinin qırmızı vərəqə almasına da münasibət bildirib: "Admir Teliyə əllə oynadığına görə ən ağır cəza verilməli idi. Sən mərkəz müdafiəçisisən, niyə komandanı təhlükəyə atırsan? Rəşad Sadıqov da zədəlidi, bu nə işdi görürsən? O, pul cəzası almalıdı. Admir Tellinin hərəkəti səhv yox, cinayət idi. Komandanı çox pis durumda qoydu".
publika.az