Adolf Hütter: "Reynaldonun yoxluğu bizim üçün üstünlükdü"

Adolf Hütter: "Reynaldonun yoxluğu bizim üçün üstünlükdü"
"Birinci hissədəki oyunumuzdan narazı qaldım. İkinci yarıda isə daha yaxşı oynadıq". Fanat.az xəbər verir ki, bu sözləri "Zalsburq"un baş məşqçisi Adolf Hütter deyib.
Avstriyalı mütəxəssis "Qarabağ"a 1:2 hesablı məğlubiyyəti dəyərləndirib: "Qarabağ"ı qələbə münasibətilə təbrik etmək istəyirəm. Onlar xarakter nümayiş etdirdilər. İkinci hissədə bizim bir neçə təhlükəli qol vəziyyətlərimiz oldu. Amma biz bir qoldan artığını vura bilmədik. Reynaldo isə bizi bədxərcliliyimizə görə cəzalandırdı. Bizim hədəfimiz dəyişməz olaraq qalır - Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirik".
Hütter hakimliklə bağlı danışmaq istəməyib: "Hakimlik haqqında isə danışmaq istəmirəm. Reynaldonun meydandan qovulmağı bizim üçün üstünlükdü. O, gələn matçda oynamayacaq. Hakim 3 qırmızı vərəqə verdi və birini bizim futbolçumuza göstərdi. Admir Teliyə verilən qırmızı vərəqə haqlı idi. Amma bizim futbolçumuza və Reynaldoya göstərilən vərəqələri bağışlamaq olardı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər