"Qarabağ"ın prezidenti Abdulbari Gözəl komandanın Bakıda məskunlaşması və ev oyunlarını doğma diyarda keçirməməsinin səbəbindən danışıb. Fanat.az xəbər verir ki, klub rəhbəri bunu yolun uzaqlığı ilə əlaqələndirib.
Gözəl çempionluq kubokunun Ağdama aparılacağını bildirib: "Mütəmadi səfərlər komandanı çox yorur. Bu da futbolçuların meydanda tam güclə oynamasına imkan vermir. Ağdam Qarabağın bir hissəsidi, Azərbaycan ərasizidi. Əlbəttə, hərdən ora yollanırıq, yerli camaatla görüşürük. Amma bunu hər dəfə etmək çətindi. Mümkündü ki, tezliklə biz çempionluq kubokunu ağdamlılara təqdim edək".
Daha sonra "Azersun Holding"in rəhbəri ağdamlılara məsləhət də verib: "Əgər ağdamlılar istəyirlərsə, özləri üçün kiçik bir klub yaratsınlar. "Qarabağ" artıq daha böyük bir klubdu".
Fanat.az