Millimiz almanları uddu

Millimiz almanları uddu
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə üçüncü oyununu keçirib. Fanat.az xəbər verir ki, Almaniyanın Bremen regional yığması ilə qarşılaşan futbolçularımız Nadir Qasımov və Pilağa Mehdiyevin vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, turnirdəki ilk oyununda komandamız Mecklenburq-Vorpommern regional yığmasına 2:1 hesabı ilə qalib gəlmiş, ikinci qarşılaşmada isə Baden regional yığmasına 0:1 hesabı ilə məğlub olmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər