"Norviç" klubunun başına ilginc hadisə gəlib. Fanat.az xəbər verir ki, İngiltərə yoxlama oyunu keçirdiyi rəqibin kimliyini bilməyib.
Belə ki, "Norviç"in İtaliyada təlim-məşq toplanışında olan "Norviç" C Seriyasında çıxış edən "Novara" ilə oynamalı idi. Amma bu matç təxirə salınıb və İngiltərə klubu D Seriyasında yarışan "Valle d`Aoste" klubu ilə qarşılaşaraq 13:0 hesablı qələbə qazanıb.
Ancaq çox keçmədən "Valle d`Aoste" "Norviç"lə yoxlama oyunu keçirmədiyini açıqlayıb. Bundan sonra araşdırma aparan klub rəhbərliyi Aosta bölgəsini təmsil edən həvəskar bir komanda ilə qarşılaşdıqlarını müəyyənləşdirib. Bu səbəbdən "Norviç" rəsmi saytı vasitəsi ilə "Vallee d`Aoste" klubundan üzr istəyib.
Fanat.az