Yalan vədlər Raufun səbr kasasını daşırdı

Yalan vədlər Raufun səbr kasasını daşırdı

Futbolçularına son 5 ayın əməkhaqqını ödəmək istəməyən “Bakı” rəhbərliyi narazı komanda üzvlərini qəbul etmir. Fanat.az xəbər verir ki, Məmmədov qardaşları Yaşar Seyidovu qabağa verib.

Belə ki, iyunun 25-nə vəd edilmiş toplanış baş tutmadığından Seyidov hər gün klubun ofisinə gələn “üsyançılar”ı dilə tutmaq məcburiyyətində qalıb.  Problemlər içində çabalayan “şəhərlilər”in vitse-prezidentinin klub başqanının adından danışdığı məlum həqiqətdi. Başqaları kimi, ciddi narahatlıq keçirən forvard Rauf Əliyev Fanat.az-a verdiyi açıqlamada vəziyyətin bu yerə çatmasının psixoloji gərginlik yaratdığını vurğulayıb: “Hər dəfə soruşanda daha 1-2 gün gözləməli olacağımızı deyirlər. Əlbəttə ki, çox narahatam. Tək mən yox, bütün futbolçular. Təlim-məşq toplanışı başlamalıydı. Bu necə təlim-məşq toplanışıdı ki, heç sənədlərimizi də verməmişik.  Pullarımızın verilməməsi bir yana, biz axı oynamalıyıq. Uzun müddət futbolsuz qalan, məşq etməyən oyunçu sabah necə oynayacaq? Qarşıdan yığmanın da vacib görüşləri gəlir”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər