Türkiyənin "Qaziantep BB" klubu yeni mövsümün hazırlıqlarına başlayıb. Fanat.az xəbər verir ki, Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın forma geyindiyi komanda dünən ilk məşqinə çıxıb.
Hazırlıq prosesinin ilk məşqi dünən Bakı vaxtı ilə saat 18.30-da klubun bazasında başlayıb və baş məşqçi Nurullah Sağlamın rəhbərliyi altında keçib. Məşqi "Qaziantep BB"nin prezidenti Abdülkadir Gözegir və İdarə Heyətinin üzvləri izləyib.
Komanda bu gün Bakı vaxtı ilə saat 09.15-də ikinci məşqə çıxıb. "Qaziantep BB" hazırlıqlarını gündəlik iki məşqlə davam etdirir.
Fanat.az