“Mançester Yunayted” və Hollandiya yığmasının hücumçusu Robin Van Persinin şərəfinə, ölkəsində qəpik pullar istehsal olunacaq. Fanat.az xəbər verir ki, bu barədə "De Ondernemer" məlumat yayıb.Məlumatda qeyd olunur ki, həmin qəpik pulun üstündə Van Persinin İspaniya yığmasına vurduğu qol anını həkk edəcəklər.
Bu puldan 6000 ədəd istehsal olunması planlaşdırılır və ondan alış-satış məqsədi ilə istifadə oluna bilməz. O yalnız kolleksiya üçün istifadə olunacaq.
Qəpiklər 13 iyulda Brazilyada baş tutacaq futbol üzrə dünya çempionatının final oyunundan sonra satışa çıxarılacaq. Xəbər verilir ki, azarkeşlər artıq van Persinin İspaniya yığmasına gözəl tullanışla vurdu qol anının həkk olunmuş qəpiklərin 80%-ni sifariş veriblər.
Fanat.az