Almaniyanın "Fortuna" (Düsseldorf) klubu növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, millimizin üzvü Toğrul Eratın çıxış etdiyi komanda 3-cü liqa təmsilçisi "Münster"i sınağa çəkib.
Oyun "Fortuna"nın 2:1 hesablı qələbəsisi ilə yekunlaşıb. Düsseldorf klubunun hər iki qolunu Serxio Pinto vurub. İkinci qolun ötürməsini ona Tuğrul Erat verib. Millimizin üzvü 69-cu dəqiqədə Giannis Gianniotas tərəfindən əvəzlənib.
Fanat.az