Azərbaycanlı futbolçular Vaqif Cavadov və Rəhman Hacıyevi transfer edən Türkiyənin "Qaziantep BB" klubu ölkəmizdən yenə oyunçu almaq istəyir. Fanat.az xəbər verir ki, bu barədə PTT 1-ci liqa təmsilçisinin baş məşqçisi Nurullah Sağlam məlumat verib.
48 yaşlı mütəxəsiss "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovu da transfer etmək istədiklərini deyib: "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovu transfer etməyi çox istəyirdim. Razılaşa bilmədiyimiz üçün onu ala bilmədik. Amma hələ də onu almaq istəyirəm. Növbəti mövsüm də Bədavini yaxından izləməyə davam edəcəm. Sizə hələlik, onun adını deyim, amma Azərbaycanda izlədiyim digər futbolçular da var. Qismət olsa, növbəti mövsüm oraya gəlib, həmin futbolçuları stadiondan izləyəcəm".
futbolinfo.az