"Biz heyətimizi mütləq gücləndirəcəyik. Təkcə hücumu yox, digər nöqtələri də gücləndirməliyik. Ancaq ilk növbədə hücuma diqqət yetirmək istəyirik". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü mütəxəssis transferlə bağlı klubun sahibi itlə danışdıqlarını bildirib: "Ötən il seleksiya işində xeyli səhvə yol verdik. Odu ki, bu dəfə eyni səhvləri təkrarlamaq istəmirik. Klubumuzun sahibi cənab Cahangir Hacıyevlə də bu barədə mütəmadi olaraq danışırıq. O da bu barədə bilir. Axtarışlarımız hazırda da davam edir. Amma istədiyimiz səviyyədə oyunçunu hələ ki tapa bilmirik. Həm də yeni mövsümdən limit bir qədər də fərqli olacaq. Bu baxımdan gətirəcəyimiz legioner mütləq əsas heyətdə oynamalıdı. Kimisə gətirib ehtiyatda oturtmaq istəmirik".
Tsxadadze hazırda bir namizədlərinin olduğunu deyib: "Bəli, hazırda bir hücumçu ilə danışıqlarımız gedir. Onunla razılığa gəlsək, adını növbəti mərhələ üçün iştirak ərizəsinə daxil edəcəyik. Yüksək səviyyəli oyunçudu".
Fanat.az