Sadionun problemi viza deyil

Sadionun problemi viza deyil

“Xəzər Lənkəran” Oğuz Çətinin rəhbərliyi altında Ərzurumda təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, gündə 2 məşq edən cənub təmsilçisi Sadio Tounkara və Etame Mbillasız çalışır.

Viza problemini əsas gətirərək Türkiyəyə getməyən qaradərili futbolçuların hər ikisinin göstərdiyi səbəb bəhanədən başqa bir şey deyil. Tounkaranın Fransa və Belçika klublarından təklif aldığını hələ yazda yazmışdıq. Elə Mbilla da başqa klublarla danışıq aparır.

Sadio karyerasını daha güclü çempionatda davam etdirmək istədiyini gizlətməyib. Futbolçuya yaxın mənbədən əldə etdiyimiz məlumata görə, o, getmək qərarının qəti olduğunu söyləyib.

 

 

Fanat.az

 

  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər