"Öncədən burda (Avstriyada) 5 oyun keçirməyi planlaşdırırdıq. İlk 2 oyunda məğlub olsaq da, sonradan qələbələr qazandıq. İlk oyunlarda hazırlığa yeni başlamışdıq. Sonradan tədricən proqramımıza uyğun çalışmalaramızı yerinə yetirdik". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi indi bütün diqqətini "Valletta" ilə oyuna yönəldəcəklərini bildirib: "Ümumi götürdükdə oyunlardan razı qaldım. Düzdü, belə tipli oyunlarda hesab bir o qədər əhəmiyyət kəsb etmir. Amma futbolçuların əzmindən razı qaldım. 1-2 xırda problem nəzərə almasaq hazırlıqdan narazılığım yoxdu. İndi qarşıdan "Valletta" ilə oyun gəlir. Matça qədər hardasa 1 həftə vaxtımız var. İndi diqqətimizi bu qarşılaşamanın hazırlığına yönəldəcəyik".
Fanat.az