"Tiraspol" qapıçısız qaldı, Baçana penalti vura bilmədi

"Tiraspol" qapıçısız qaldı, Baçana penalti vura bilmədi
"İnter"lə qarşılaşan "Tiraspol" azlıqda qalıb. Fanat.az xəbər verir ki, Dieqo Madriqalın qarşısını kobudluqla alan Moldova klubunun qapıçısı Georgi Georgiyev meydandan qovulub.
Bu zamana qədər "Tiraspol" hər 3 dəyişiklik imkanından yararlandığı üçün qapı meydan oyunçularından birinə tapşırılıb. Belə ki, Boqdan Hauşi qapıya keçib. O, Baçana Tsxadadzenin penalti zərbəsini dəf edərək öz məharətini nümayiş etdirib. Lakin hücumun davamında Arif Daşdəmirov baş zərbəsi ilə Hauşini məyus edərək hesabı bərabərləşdirib.
Cəmi 5 dəqiqə sonra Mirzağa Hüseynpura qarşı kobudluq edən Laşa Çaparidze komandasını 9 nəfərlə qoyub. Hakim yeridən penalti təyin edib. Topa yaxınlaşan Baçana Tsxadadze bu dəfə dəqiq olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər