"Tiraspol" keçməsəydik, bir gün də burada qalmazdım"

"Tiraspol" keçməsəydik, bir gün də burada qalmazdım"
"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"una qarşı keçirdikləri cavab oyunu (3:1) ilə bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, gürcü mütəxəssis
"Hər kəs elə bilirdi ki, "Tiraspol"u rahat keçəcəyik. Ancaq görürsüz ki, futbolda hər şey olur. Oyun çətin keçdiyi üçün əvəzetmələrə ehtiyac duyduq. Matçın ilk və son 10 dəqiqəsindəki səhvləri "Elfsborq"la oyunda buraxsaq, heç nəyə nail ola bilmərik. "Elfsborq" güclü komandadı. Rəqibi ciddi dəyərləndirib, oyuna məsuliyyətlə hazırlaşmalıyıq. “Düzdür, İsveç klubu “Tiraspol”dan güclüdü. Buna görə də mütləq heyətimizi gücləndirməliyik. "Tiraspol" keçməsəydik, bir gün də burada qalmazdım. Düşünürəm ki, komandanın yanında olmamağım köməkçilərimin sayəsində hiss edilmədi. Əsas odu ki, lazımi əvəzetmələr edə bildik. Bunun sayəsində də oyunun axarını dəyişdik". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər