Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “Simurq” əsasən fiziki testlər verir. Fanat.az xəbər verir ki, gündə iki dəfə məşqə çıxan komanda səhər idmanında fiziki ağırlıqlı çalışmaları yerinə yetirir. Axşam məşqləri isə yüngül isinmə hərəkətlərindən sonra qısa ötürmələr, iki qrupa bölünərək “kvadrat” və ikitərəfli oyunla tamamlanır.
Dünənki səhər idmanında məşqçilər korpusu yetirmələrinin fiziki hazırlığını ölçüblər. Bundan sonra istirahətə çəkilən komanda günü axşam məşqi ilə tamamlayıb.
Stepan Polyak düşərgəyə qoşulub. Axşam məşqinə çıxan xorvatiyalı yarımmüdafiəçi ilə yaxın günlərdə yeni müqavilə bağlanacaq.
Fanat.az