"Simurq" Sloveniyaya kimləri aparıb?

"Simurq" Sloveniyaya kimləri aparıb?
"Simurq" 2014/15 mövsümünün hazırlıqlarına başlayıb. Fanat.az xəbər verir ki, iyunun 26-da Sloveniyaya yollanan komanda ilk məşqinə çıxıb. Zaqatala təmsilçisi hazırlığın ilk mərhələsinə bu heyətlə start verib:
Qapıçılar: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizov.
Müdafiəçilər: İlkin Qırtımov, İdan Vaitsman, Usim Nduka, Tural Axundov, Rüstəm Məmmədov, Məhərrəm Hüseynov.
Yarımmüdafiəçilər: Murad Səttarlı, Benjamin Lambot, Patrik Osiako, Rəşad Eyyubov, Samir Zərgərov
Hücumçu: Draqan Çeran.
 
Baş məşqçi Georgi Çixradze həmçinin əvəzedici heyətdən müdafiəçi Kənan Müslümov, yarımmüdafiəçilər Sahib Abbasov, Nicat Muxtarov, İlqar Hüseynov və hücumçu Oruc Balaşlını da əsas heyətə dəvət edərək, təlim-məşq toplanışı üçün Sloveniyaya gətirib.
 
Mövsüm sonunda müqaviləsi başa çatan, lakin "Simurq"la yeni saziş bağlamağa hazırlaşan xorvatiyalı yarımmüdafiəçi Stepan Polyak isə dünəndən düşərgəyə qoşulub.
Qeyd edək ki, əsasən fiziki gücün artırılmasından ibarət çalışmaları yerinə yetirən “Simurq” Sloveniya hazırlığı çərçivəsində gündə iki dəfə olmaqla məşqləri davam etdirəcək. İyulun 13-də təlim-məşq toplanışını başa vuraraq ölkəyə qayıdacaq. İlk mərhələdə Georgi Çixradzenin yetirmələri üç yoxlama görüşü keçirəcək. Qarşılaşmalar ayın 6, 9 və 12 keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər