"Simurq" makedoniyalılarla sülh bağladı

"Simurq" makedoniyalılarla sülh bağladı
Sloveniyada təlim-məşq toplanışında olan "Simurq" bu gün ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Zaqatala təmsilçisi Makedoniya klubu ilə qarşılaşıb.
Baş məşqçi Georgi Çixradze yetirmələrini "Vardar"la oyunda sınayıb. Bir dəfə hesabda geri düşən, bir dəfə irəli keçən "Simurq" meydandandan 2:2 hesablı bərabərliklə ayrılıb.
Qeyd edək ki, "Vardar" 1947-ci ildə Makedoniyanın paytaxtı Skopyedə yaradalıb. 7 dəfə Makedoniya çempionu, 5 dəfə ölkə kubokunun qalibi olan komanda 1 dəfə ölkə superkubokuna sahib çıxıb. Ukraynalı Sergey Andreyevin başçılıq etdiyi komanda son mövsümü 5-ci pillədə başa vurub. "Vardar"ın heyətində Çernoqoriya, Xorvatiya, Serbiya, Ermənistan, Bosniya və Hersoqovinadan legionerlər çıxış edir.
Onu da qeyd edək ki, "Simurq" ilk sınaq matçında Sloveniyanın "Aluminiy" klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbəqazanıb. 
Yoxlama oyunu
9 iyul
Simurq (Azərbaycan) - Vardar (Makedoniya) 2:2
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər