"Rəvan"ın qapıçısı Lukaş Sapela karyerasını Polşada davam etdirə bilər. Fanat.az xəbər verir ki, qolkiper "Olimpiya" (Qrudziads) klubunda baxışdadı.
Sapela artıq bu komandanın heyətində meydana da çıxıb. "Visla" ilə yoxlama oyununun start heyətində yer alan qapıçı komandasının 1:0 hesablı qələbəsində pay sahibi olub. Onun "Olimpiya"da qalıb-qalmayacağı yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, Sapela "Rəvan"ın heyətində 49 oyuna çıxıb və 4380 dəqiqə oynayıb. 31 yaşlı polşalı qolkiper 2000-2012-ci illərdə vətənində "Belxatov" klubunun formasını geyinib.
Fanat.az