Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilməli olan bir matç baş tutmayıb. Fanat.az xəbər verir ki, "Liteks" (Bolqarıstan) - "Veris" (Moldova) qarşılaşması keçirilməyib.
Buna səbəb matçın keçirilməli olduğu Loveç şəhərində yağan leysan olub. Eyniadlı stadion tamamilə su altında qaldığından qarşılaşma baş tuğmayıb. Matçın nə vaxt keçiriləcəyi məlum deyil.
Qeyd edək ki, komandalar arasındakı ilk oyun 0:0 hesabı ilə başa çatıb.
Fanat.az