"Əmrahbank" yeni plastik kartların istehsalına başlayıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, bank ilk olaraq "Neftçi" ilə əməkdaşlıq edir.
"Azarkeş kartı" adlanan plastik kartların üzərində "Neftçi"nin loqosu var. Bu kartları istənilən "Neftçi" azarkeşi "Əmrahbank"dan sifariş edə bilər. Bu kartlardan alış-veriş və bank əməliyyatları zaman istifadə etmək olar.
Fanat.az