17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində son oyununu keçirib. Fanat.az xəbər verir ki, yığmamız 5-ci yer uğurunda oyuna çıxıb.
Millimiz Qırğızıstanla üz-üzə gəlib. Qara Qarayevin het-trik etdiyi, Hacıağa Hacıyev və Emin Səfixanovun hərəyə bir dəfə fərqləndiyi oyun 5:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Fanat.az