Qadın cüdoçularımızdan AÇ-yə uğurlu start

Qadın cüdoçularımızdan AÇ-yə uğurlu start

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın dörd qadın idmançısı mübarizəyə qoşulub. 

Onların hamısı növbəti mərhələyə yüksəlib.

Şəfəq Həmidova (48 kiloqram) Erza Muminoviçi (Kosovo), Könül Əliyeva (48 kiloqram) Amber Gersyesi (Niderland), Gültac Məmmədəliyeva (52 kiloqram) Karla Tavares Fernandeşi (Lüksemburq) üstələyərək 1/8 finala vəsiqə qazanıb.

Leyla Əliyeva (52 kiloqram) isə 1/16 finaldakı rəqibi Nikola Nişaviç (Serbiya) tatamiyə çıxmadığı üçün növbəti raunda adlayıb.

Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər