Milli komandamızın üzvü Rüfət Dadaşov özünə yeni komanda tapıb. Fanat.az xəbər verir ki, 23 yaşlı hücumçu karyerasını Almaniyanın "Saarbrükken" klubunda davam etdirəcək.
Rüfət indiyədək “Kayzerslautern"in U-23 komandasında çıxış edirdi. Onun yeni komandası isə Regional Liqanın Cənub-Qərb zonasında mübarizə aparır.
Qeyd edək ki, Rüfət ötən mövsüm "Kayzerslautern II"nin heyətində 23 oyuna çıxıb, cəmi 483 dəqiqə oynayıb və 5 qol vurub.
Fanat.az