Millimizin sabiq üzvü "Anji"dən getdi

Millimizin sabiq üzvü "Anji"dən getdi
Milli komandamızın sabiq üzvü Rizvan Umarov klubunu dəyişib. Fanat.az xəbər verir ki, 21 yaşlı hücumçu Sankt Peterburq "Dinamo"suna keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Umarov I divizion təmsilçisi ilə müqavilə bağlayıb.
Qeyd edək ki, “Zenit”in futbol məktəbinin yetirməsi olan Rizvan Umarov əvvəllər İspaniyanın "Kastellon", "Elçe" və Rusiyanın "Anji" klublarında çıxış edib. O, Mahaçqala klubunun əsas heyətində debüt edə bilməyib. A millimizdə 3 oyun keçirən Umarov U-19 və U-21 yığmalarımıza da çağırılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər