İslamiada: Azərbaycan millisi Qazaxıstana uduzdu

İslamiada: Azərbaycan millisi Qazaxıstana uduzdu

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib.

Fanat.Az xəbər verir ki, yığma ikinci oyununda Qazaxıstan ilə üz-üzə gəlib.

Orta asiyalılar görüşdən 34:31 hesablı qalibiyyətlə ayrılıblar.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Özbəkistana uduzub - 26:28. Komandanın Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər